Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.53 $▼6.92%
  • WTI neft85.76 $▼6.08%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.206 $▲6.05%
  • Qızıl4 126 $▼0.18%
  • Gümüş53.25 $▲0.25%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin74 600 $▼0.87%
  • Ethereum2 116 $▼0.75%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

image-1752779658_sergey-mironov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sürüb. Amma hüquq-mühafizə orqanlarından heç bir reaksiya olmadı. İyulun 4-də Rusiya Baş prokuroru İqor Krasnova müraciətimdə ondan hadisənin araşdırılmasını şəxsi nəzarətinə götürməsini xahiş etmişəm. İndi isə kiçik Şıxlinskiyə qarşı cinayət işi açılıb.

Busaat.az xəbər verir ki, bunu Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov deyib.

“Hesab edək ki, hələlik qanun və ədalət zəfər çalıb, baxmayaraq ki, hələ qarşıda istintaq və məhkəmə var – hadisələrin inkişafını izləyirik. Müraciətimin əsas mövzusu üzrə də nəticələri gözləyirik – bu, Azərbaycan diasporları və onların bütün ölkə üzrə bizneslərinin, o cümlədən ən iri kapital bazarları “Sadovod” və “Food City”nin yoxlanmasıdır. Biz etnik mütəşəkkil cinayətkar qrupların Moskva, Voronej və digər şəhərlərin bazarlarında törətdikləri xaosu görürük. Böyük gəlirlər məmurlara rüşvət vermək və cinayətkar fəaliyyətləri maliyyələşdirmək üçün istifadə olunur. Yeri gəlmişkən, indiyə qədər qurtula bilən Şıxlinskinin biznesini yoxlamaq lazımdır. Yoxlamanın nəticələrini gözləyirəm, bu barədə sizə mütləq məlumat verəcəyəm, dostlar”, – o bildirib. (Axar.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169438