Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.03 $▲0.34%
  • WTI neft88.83 $▲0.50%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.292 $▼1.58%
  • Qızıl3 901 $▼0.45%
  • Gümüş49.88 $▼0.75%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda594.75 ¢▲0.68%
  • Bitcoin68 584 $▼3.91%
  • Ethereum1 929 $▼4.36%
  • S&P 5007 592▼0.33%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Azərbaycanda hava yenə dəyişir: Temperatur düşəcək

image-baki_esas_hava
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkəmizdə temperatur kifayət qədər yüksəlib. Bakıda və Abşeron yarımadasında istilik 39 dərəcəyə çatıb, Aran rayonlarında isə 38 dərəcə qeydə alınıb. Dağlıq bölgələrdə hava nisbətən daha sərin olsa da, Naxçıvan Muxtar Respublikasında temperatur 41 dərəcəyə qədər qalxıb.

Qarşıda bizi hansı hava şəraiti gözləyir?

Bakıvaxtı.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bildirib ki, indiyədək mövcud temperatur səviyyəsi yüksək deyil və hava proqnozları bəzən dəqiq olmur:

“Bakıda hələ ki, 41 dərəcə isti müşahidə edilməyib. Ancaq 30-35 dərəcədə də günəş şüaları insan sağlamlığına zərər verə bilər. Cari istilər qlobal istiləşmənin göstəricisi hesab olunmur. İyun və iyulun ilk yarısı sərin keçdi. 1950-60-cı illərdə isə temperatur qat-qat yüksək olurdu, hətta may ayında artıq dənizə gedirdik. Amma bu il dəniz mövsümü yalnız iyulun ortalarında açıldı. Bu da havaların zamanla soyumağa doğru dəyişdiyini göstərir”.

Ekoloq deyib ki, yaxın günlərdə havalar sərinləşəcək:

“Temperaturun yüksəlməsi bəzən mümkündür və bu, Yer kürəsinin oxunun fırlanması ilə əlaqədardır. Hazırda küləyin olmaması səbəbindən hava isti keçir. Fikrimcə, isti hava şəraiti 1 həftə davam edəcək və bazar ertəsindən sərinlik başlayacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169445