Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.26 $▼2.11%
  • WTI neft86.27 $▼2.34%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.122 $▼1.14%
  • Qızıl3 871 $▲0.03%
  • Gümüş47.08 $▼0.52%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 832 $▼0.74%
  • Ethereum1 824 $▼0.59%
  • S&P 5007 453▼1.43%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

64 kilometrlik Rusiya kalonu Kiyev yaxınlığında palçığa batıb – Nə irəli gedə bilir, nə geri…

image-tr1646112860-502x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kiyev ətrafındakı nəhəng Rusiya hərbi kalonu hələ də yerində dayanıb və hərəkət etmir.

ABŞ Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri jurnalistlər üçün növbəti qapalı brifinqdə bildiriblər ki, 64 kilometr uzunluğundakı hərbi kalon çox güman ki, palçığa batıb və bütün yanacağını tükədib. Nəticədə hərəkət qabiliyyətini itirib.

Kiyevə doğru hərəkət edən 64 kilometrlik Rusiya hərbi kalonunun görüntülərini “Maxar Technologies” şirkətinin kommersiya peykləri çəkmişdi.

Pentaqon nümayəndələri onu da deyiblər ki, Ukraynada Rusiya qoşunlarının əhəmiyyətli irəliləyişi ötən sutkalar ərzində qeydə alınmayıb. Pentaqonun qiymətləndirmələrinə görə, Rusiya ordusu Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qüvvə və vasitələrin artıq 95 faizini istifadə edib.

Polşa prezidenti Anjey Duda isə bəyan edib ki, Rusiya qoşunlarının Kiyevə hücum etmək entuziazmı və hazırlığı yoxdur. “Prezident Zelenski mənə dedi ki, Rusiya texnikası və qoşunları Kiyev ətrafında cəmləşməkdədir. Lakin bu qoşunların hücuma hazırlığı və ya entuziazmı yoxdur”, – o bildirib.

Duda deyib ki, Ukrayna müdafiəçiləri mübarizə aparmağa hazırdır və düşmənin hücumunu dəf etmək üçün yüksək motivasiyaya malikdir.

 

virtualaz.org

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72839