Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
5°Bakı
  • USD1.7000
  • EUR1.8607
  • 100 RUB2.0719
  • GBP2.2252
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6568
  • 100 KZT0.3699
  • UAH0.0375
  • 100 JPY1.0665
  • CHF2.0325
  • USD1.7000
  • EUR1.8607
  • 100 RUB2.0719
  • GBP2.2252
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6568
  • 100 KZT0.3699
  • UAH0.0375
  • 100 JPY1.0665
  • CHF2.0325
  • USD1.7000
  • EUR1.8607
  • 100 RUB2.0719
  • GBP2.2252
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6568
  • 100 KZT0.3699
  • UAH0.0375
  • 100 JPY1.0665
  • CHF2.0325
  • USD1.7000
  • EUR1.8607
  • 100 RUB2.0719
  • GBP2.2252
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6568
  • 100 KZT0.3699
  • UAH0.0375
  • 100 JPY1.0665
  • CHF2.0325
Cəmiyyət

8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə davam etdirilir - VİDEO+FOTO

8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə davam etdirilir - VİDEO+FOTO
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir. Busaat.az quruma istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri icra olunur. Anoloji işlər prospekt boyunca yol ayrıcında da aparılır. Yol ayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir. Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni 8 zolaq (4+4) saxlanılmaqla 3 metr enində (1.5 m gediş, 1.5 m gəliş) ayrılmış velosiped zolaqları (10 km) salınır, velosiped yolları eni 2.4 metr olan ( 1.2 m gediş, 1.2 m gəliş) “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür. Artıq prospektdə təmir-tikinti işləri çərçivəsində 32 min kv.m yeni səki daşı düzülüb, səki, ayrıcı zolaq və bufer zonada 25 min kv.m bəzək daşı (tamet) döşənib, 2 min kv.m velosiped zolağı tikilib, 170 kommunikasiya xətlərinin baxış qapağı və səth sularının ötürülməsi üçün yağış barmaqlığı quraşdırılıb. Agentlik tərəfindən hazırda uzunluğu 2.2 km olan prospektin Sadıqcan küçəsi-Zığ Dairəsi hissəsində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamət üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətdə, yəni Zığ Dairəsi-Sadıqcan küçəsi hissəsində də asfaltlanma işlərinin icrasına başlanılacaq. Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Hazırda prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür. Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. https://youtu.be/5x_T5FhmWgI
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=68908