Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 471 $▲0.56%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

AB yeni peyk sistemi quracaq

image-avropa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa Parlamenti və Avropa İttifaqına (Aİ) üzv dövlətlər 2,4 milyard avro büdcə ilə 2023-2027-ci illər üçün Təhlükəsiz Bağlantı Proqramı ilə bağlı razılığa gəliblər.

Busaat.az xəbər verir ki, sözügedən proqram Aİ-nin “İRİS” adlı peyk sistemi yaratmasını nəzərdə tutur.

Sistemlə Aİ ölkələri və dövlətlərinin iqtisadiyyatlarının təhlükəsiz, sürətli və davamlı rabitə ehtiyaclarını qarşılamaq, digər ölkələrdən asılılıqdan xilas olmaq hədəflənir.

Peyk əsaslı əlaqə həm də Aİ ölkələrinin silahlı qüvvələrini yüksək təhlükəsizlikli rabitə ilə təmin etmək üçün nəzərdə tutulub.

İRİS peyk sisteminin Avropa kosmik sənayesinin bilik və təcrübəsi ilə qurulması və şimal-cənub orbiti ilə bütün Afrika ilə yanaşı, bütün Avropanı əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, Aİ-nin yeni peyk sistemi suveren, muxtar və təhlükəsiz əlaqə infrastrukturunun yaradılması səylərinin bir hissəsi kimi gündəmdə idi.

Yaxın vaxtlarda sistemin qurulması üçün tələb olunan hüquqi mətnlərin yekunlaşacağı və tender spesifikasiyalarının hazırlanacağı gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91067