“ABŞ buna görə Cənubi Qafqazda sülh istəyir” – ŞƏRH

image-azerbaycan-ermenistan-serhedinde-temas-qrupu-moskvanin-yeni-oyunu-822262backend

“Qarşıdakı prezident seçkilərində Vaşinqtona dünyada sülhün əldə olunması ilə bağlı göstərici lazımdır”.

Bunu ABŞ kəşfiyyatının yayımladığı, “Sülh imzalanmadıqca Qarabağda və Ermənistan-Azərbaycan sərhədində gərginlik artacaq”, – xəbərinə münasibətini bildirən Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ bu açıqlaması ilə yumşaq desək tərəflərə təzyiq göstərməyə çalışır:

image-vuqar_ehmedov876-2

“ABŞ-nin beyin mərkəzləri Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşəcəyi ilə bağlı proqnozlar verərək sanki tərəfləri buna təhrik edir. Azərbaycan Ermənistanla yenidən vəziyyətin gərginləşməsində maraqlı deyil. Lakin sülh sazişi xatirinə sülh imzalamaq mənasızdır. Ermənistan gərək üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Qarabağda separatizmi dəstəkləməsin, Zəngəzur dəhlizi ilə bağlı addımlar atsın. Yalnız bu halda sülh müqaviləsi qısa zamanda gerçəkləşəcək. ABŞ siyasi elitası özünə siyasi xal qazanmaq üçün tərəfləri sülhə təşviq edir. Bu da anlaşılandır. Qarşıdakı prezident seçkilərində Vaşinqtona dünyada sülhün əldə olunması ilə bağlı göstərici lazımdır. ABŞ son 20 ildə dünyada sülhə nail olmaq üçün ciddi nəticə ortaya qoymayıb”.

“Ermənistanda Paşinyanın reytinqi ciddi şəkildə aşağı düşüb. Paşinyan yalançı sülh müqaviləsi ilə Qərbin dəstəyini qazanmağa çalışır. Yəni bu gün nəticəsiz görünən sülh müqaviləsinin Qərb tərəfindən bu qədər ciddi təşviq olunması Paşinyan hakimiyyətini xilas etməyə yönəlib. Azərbaycana isə belə əsası olmayan sülh lazım deyil”, – deyə politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki