ABŞ Prezidenti Co Baydenin inauqurasiyası günü Demokratların iki yeni senatorunun Nümayəndələr Palatasında and içməsi ilə daha bir vacib addım atılıb.
Busaat.az xəbər verir ki, yanvarın 5-də Corciya ştatında keçirilən ikinci tur seçkilərində qalib gələn senatorlar – Con Ossoff və Rafael Varnok Senatda and içiblər. Bu nəticə ilə Demokratlar üzvü 50 senatora çatıb və Senatda üstünlük əldə ediblər.
Dünən Senata rəhbərlik edən Vitse-prezident Kamala Harrisin and içərək rəsmi olaraq vəzifəsinə başlaması demokratların uğuru hesab olunur.
Ağ Evdən sonra Senatda çoxluq qazanan demokratlar Nümayəndələr Palatasında da üstünlüyə sahibdirlər.