Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.33 $▼1.03%
  • WTI neft90.28 $▼1.13%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 105 $▼0.69%
  • Gümüş52.49 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 106 $▼0.91%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

ABŞ-dan Rusiyanın məhvi ilə bağlı sərt xəbərdarlıq: heç kəs bizi dayandıra bilməz!

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Ukrayna ordusuna verdiyi silahlara görə ABŞ-a nota verib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya bu həftə ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirməsinə rəsmi etiraz edərək, Dövlət Departamentini bu dəstəyin davam edəcəyi təqdirdə “gözlənilməz nəticələr” barədə xəbərdar edən diplomatik nota göndərib.

“Demarş” olaraq xarakterizə edilən notanın ABŞ Pezidenti Co Baydenin Ukrayna ordusuna helikopterlər, radar sistemləri, artilleriya və pilotsuz uçuş aparatları da daxil olmaqla 800 milyon dollarlıq yardım paketini açıqlamasından sonra gəlməsi diqqət çəkib.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə Rusiyanın Ukraynaya silah tədarükünü davam etdirəcəyi təqdirdə Vaşinqtona edilən xəbərdarlığı şərh edərkən bildirib ki, heç nə ABŞ-ı Ukraynaya hərbi yardım göstərməkdən çəkindirə bilməz.

“Ruslar bunu rəsmi şəkildə bəyan etməsələr də istənilən halda heç nə bizi başladığımız strategiyadan çəkindirə bilməz” – deyə Prays cavab verdi.

ABŞ silahlarının ilk partiyası yaxın 24 saat ərzində Ukraynaya gələcək.

Bu barədə CNN Amerika hərbi idarəsinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Güman edilir ki, yük Ukrayna sərhədinə çatdırılacaq, bundan sonra Ukrayna tərəfi onu öz ərazisinə gətirəcək.

Silahların siyahısı açıqlanmasa da, ilk növbədə haubitsa və radarlar gətiriləcək.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 “Switchblade” mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75259