ABŞ-də gərgin vəziyyət: sui-qəsd Trampı prezidentliyə aparır?

image-43backend

Amerika Birləşmiş Ştatlarında prezidentlik yarışı çox qəribə və təhlükəli vəziyyətdə davam edir. Dünən Trampa qarşı baş verən sui-qəsdə cəhd hadisəsi vəziyyətin nə dərəcədə kəskin olduğunu bir daha sübut edir.

Olanlar göstərir ki, ABŞ-də həyat təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Hücumun baş verməsi hazırda cəmiyyəti qorxuya salan mühüm məsələdir.

Hadisələrin fonunda yeni suallar, yeni düşüncələr ortaya çıxır. Məsələyə müxtəlif səpkilərdən baxmaq olar.

Lakin siyasətlə maraqlanan şəxslər üçün daha önəmli nüans həyata keçirilmiş aktın seçkilərə necə təsir edəcəyi ilə bağlıdır.

Bu proses planlı idimi? Hadisə Trampın yenidən prezident seçilməsi üçün yeni yol açacaqmı?

Busaat.az bu suallara cavab tapmaq üçün politoloq Oqtay Qasımova müraciət edib. Ekspert bildirib ki, bu tipli hücum hadisələrinin baş verməsi ABŞ-də ilk dəfə deyil:

“ABŞ-də ümumi götürdükdə bu tipli hadisə ilk dəfə baş vermir. Bir çox prezidentlər və siyasi xadimlər belə aktların qurbanına çevrilib”.

Oqtay Qasımov: Tramp və onun komandası sui-qəsd nüansından məharətlə istifadə edəcək

Politoloq qeyd edib ki, olaylar ABŞ-də siyasi bölünmə halını dərinləşdirəcək. Müsahibimiz seçki prosesinin daha maraqlı və qızğın hal alacağını diqqətə çatdırıb:

“Nəzərə alsaq ki, ABŞ-də baş verən hadisələr dünyaya da təsirsiz ötüşmür, bu hücum da öz təsirini büruzə verəcək. Sui-qəsd nəticəsində ortaya çıxan məsələlərdən biri Birləşmiş Ştatlarda olan boşluqlardır. Hazırda ölkə daxilində silah satışı kimi məsələlərin müzakirəsinin ciddi hal alacağı gözlənilir”.

Silah satışı məsələsi ilə bağlı fikirlərinə əlavə edən Qasımov hazırda 330 milyon əhalisi olan ABŞ-də vətəndaşlarda olan silah sayının 300 milyondan çox olduğunu xatırladıb.

Baş vermiş silahlı hücumun seçki prosesinə təsiri məsələsinə də toxunan müsahibimiz Tramp və onun komandasının sui-qəsd nüansından məharətlə istifadə edəcəyini qeyd edib:

“Düşünürəm ki, proses tam olaraq təsadüf nəticəsində baş verib. Trampın komandası bu hücumdan istifadə edərək bütün prosesləri qələbəyə yönələn bir fokus nöqtəsi olaraq qiymətləndirəcəklər. Nəzərə çatdırmaq lazımdır ki, namizədlərin ilk debatında Tramp Baydenə qalib gəlmişdi. Dünəndən sonra Trampın etimad faizinin 75-ə çatması onu sübut etdi ki, artıq olanlar öz təsirini göstərməyə başlayıb. Ona görə də, bütün baş verənlər Trampın seçkilərdə iştirakına müsbət təsir edəcək hadisələr kimi dəyərləndirməlidir”,- deyə Oqtay Qasımov fikrini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki