ABŞ-ı qıcıqlandıran Ərdoğan Putin dostluğu: “Yenicə anlamağa başlayıblar ki…” – RƏY

image-russian-president-vladimir-putin-receives-turkish-president-recep-tayyip-erdogan-in-moscowbackend

“Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılıqlar Türkiyə-Rusiya-Çin üçlüyünü təmin edir. Tərəflərin indiki halda qarşısında duran əsas məsələ İranın proseslərdə razılığının alınmasıdır”.

Bunu ABŞ Rusiya üçün əhəmiyyətli ərazi sayılan Zəngəzur dəhlizinin açılmasında maraqlıdırmı? Sualını cavablandıran politoloq Elşən Manafov Busaat.az-a açıqlamasında deyib.

image-download-6

O, bildirib ki, ABŞ və Rusiyanın Cənubi Qafqaza təsir imkanı kifayət qədər fərqlidir: “Rusiya ilə müqayisədə ABŞ-ın maliyyə resursları, təsir riçaqları böyükdür. Lakin hələlik ABŞ bölgə uğrunda Rusiya və müəyyən mənada İranı geosiyasi mübarizədə sıxışdırmağa nail ola bilməyib. 2004-cü ildə Gürcüstanda “Qızıl gül” inqilabının qələbəsindən sonra ABŞ Cənubi Qafqazda nüfuz dairəsini genişləndirə bildi. Ancaq Rusiya və Gürcüstan arasında baş vermiş 2008-ci ilin avqust müharibəsindən sonra bu dairənin təsir zonası daraldı. Rusiya Gürcüstanın Qərbin Təhlükəsizlik sisteminə – yəni NATO-ya inteqrasiya prosesinin qarşısını ala bildi. Gürcüstandakı Qərb yönümlü siyasi elita isə hakimiyyətini və əvvəlki nüfuzunu itirdi. 2003 və 2005-ci illərdə Qərbin Azərbaycanda da öz xeyrinə dönüş etmək cəhdləri müvəffəqiyyətsizliyə uğradı. 2018-ci ildə Qərb Rusiya ilə bağlı Qarabağ klanını Ermənistanda hakimiyyətdən kənarlaşdırmaqla bölgədə nüfuz dairəsi uğrunda gedən geosiyasi mübarizədə uğura imza atdı. Paşinyanın cəhdlərinə baxmayaraq, Qərb Rusiyanın Ermənistan siyasi elitasına, iqtisadi, maliyyə, enerji, nəqliyyat sektoruna təsir imkanlarını məhdudlaşdıra bilmədi. Paşinyanın çabaları deklorativ müstəvidən kənara çıxmır. Qərb Paşinyan iqtidarına kifayət qədər maliyyə dəstəyi verə bilmədiyindən Ermənistan sosial, iqtisadi problemlərin məngənəsindən çıxa bilmir. Səbəb isə bəllidir, böyük pullar sakitlik və sabitliyin olmasını tələb edir”.

Politoloq bölgədəki gələcək ehtimalları dəyərləndirib: “Ərdoğanın təhlükəsizlik məsələləri ilə bağlı Putinlə munasibətləri Ağ Evi hövsələdən çıxarır. Yenicə anlamağa başlayıblar ki, Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılıqlar Türkiyə-Rusiya-Çin üçlüyünü təmin edir. Tərəflərin indiki halda qarşısında duran əsas məsələ İranın proseslərdə razılığının alınmasıdır. Paşinyanın Qərbdən maliyyə və hərbi dəstəyi olmayacağı təqdirdə məlum dövlətlərin təzyiqinə uzun müddət dözə bilməyəcyi bəllidir. Bəlli dairələr Azərbaycan vasitəsilə Ermənistana təzyiqi gücləndirəcək. Baş verən proseslərdə maraqlar qarşılıqlıdır. Layihənin reallaşacağı təqdirdə Azərbaycan tranzit və loqistika maraqlarının kəsişəcəyi yer olacaq. Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ilə bağlı istəklərinin reallaşması üçün münbit şərait yaranacaq. Rusiya və İran bölgəyə xarici qüvvələrin daha böyük çərçivədə müdaxiləsinin qarşısını alacaq. Çin isə özünün ən böyuk ticarət opponentinin Mərkəzi Asiya bazarlarına çıxışına geoiqtisadi anlamda maneələr yaradacaq. ABŞ təbii ki, satelliti olan Paşinyana bu layihələri əngəlləməklə bağlı mesajlarını verəcək. Lakin Ermənistan iqtidarına həm daxildən, həm də bəlli dairələrdən olan təzyiqlərin güclənməsi onun oyundan kənar vəziyyətə gətirilməsinə səbəb olacaq”.

Ələsgər / Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki