NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Amerikanın Ukraynada sülh nizamlanması planı daha da təkmilləşdirmə tələb edir və bu məsələ ilə bağlı danışıqlar davam etdiriləcək.
Busaat.az xəbər verir ki, o, bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.
“Yaxşı ki, planın təqdim edilməsi, bildiyiniz kimi, dünən Cenevrədə müzakirə olunub. Bu, Ukrayna ilə ABŞ arasında çox uğurlu görüş oldu. Onlar irəli gedəcəklər. Planın bir qədər dəqiqləşdirilməsi lazım idi, bəzi elementlər dəyişdirilməli idi, lakin yaxşı komponentlər də var idi”,-deyə Rutte bildirib.
Plana edilən dəyişikliklərə toxunan Rutte həmçinin qeyd edib:
“Məncə, baş verənlər də məhz budur. Planın hər bir bəndinə toxunmayacağam, xüsusən də hazırda müzakirə olunduğuna görə. Dediyim kimi, planda çoxlu yaxşı komponentlər var, lakin bəzilərinin təkmilləşdirilməsinə ehtiyac var”, – NATO-nun baş katibi əlavə edib.
O, hesab edir ki, plan Ukraynanın təhlükəsizliyini təmin etməlidir. Ruttenin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar davam etdiriləcək.
Yeganə








