
"ABŞ iqtisadiyyatına sərmayə qoyuluşu il ərzində 21 trilyon dollara çatacaq" - Tramp
“İlin sonuna qədər Amerika iqtisadiyyatına investisiyalar təxminən 21 trilyon dollara çatacaq”.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səud ilə danışıqların əvvəlində bildirib.
“Bir il ərzində ABŞ-da investisiyaların həcmi və gələcək investisiyalar 21 trilyon dollar olacaq”, – Tramp bildirib. O, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı Amerika iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymağa razılaşıb.
“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi mənim dostum olduğu üçün bu rəqəmi bir trilyona çatdıra bilər, lakin mən bu məsələdə onunla işləməli olacağam”, – Amerika lideri əlavə edib.
Tramp həmçinin onun səylərinin ABŞ-da yanacaq qiymətlərində davamlı enişlərə səbəb olacağına inandığını bildirib:
“Düşünürəm ki, siz qazın qiymətini 2 dollara (bir qallon və ya 3,78 litrə) görə bilərsiniz”.
Qeyd edək ki, ABŞ-da bir qallon benzin təxminən 3 dollara başa gəlir.
Yeganə






















