Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.34 $▼0.06%
  • WTI neft82.25 $▼0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.385 $▲0.36%
  • Qızıl3 732 $▼0.21%
  • Gümüş45.26 $▲0.38%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.75 ¢▲0.17%
  • Bitcoin63 333 $▲0.56%
  • Ethereum1 795 $▲1.12%
  • S&P 5007 324▼0.23%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

ABŞ-nin COP29-a dəstəyi böyük əhəmiyyət kəsb edir - Prezident

image-51
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev ABŞ-nin COP29-a, ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə göndərdiyi məktubda qeyd olunub.

Azərbaycan lideri humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlı olduğunu vurğulayıb:

“Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=142077