Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.95 $▼0.38%
  • WTI neft91.68 $▼0.39%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.996 $▲0.44%
  • Qızıl4 054 $▲0.12%
  • Gümüş51.45 $▲0.07%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.00 ¢▲0.21%
  • Bitcoin75 599 $▼0.48%
  • Ethereum2 227 $▼0.37%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

ABŞ ordusu Polşadakı mövcudluğunu GENİŞLƏNDİRƏCƏK

image-img_7176
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış mətbuata Polşanın hərbi obyektlərində ABŞ ordusu kontingentinin mümkün genişləndirilməsinə hazırlıq barədə məlumat verib. Hazırda Polşada təxminən 10 000 ABŞ əsgəri yerləşdirilib.

“Biz Polşa obyektlərini daha çox amerikalı hərbçinin yerləşdirilməsi üçün uyğunlaşdırırıq. Müvafiq əmr Müdafiə Nazirliyinin Dəstək Müfəttişliyinə verilib. Onun vəzifəsi Amerika qüvvələrinin artan mövcudluğuna hazırlığı təmin etməkdir”, – Kosiniyak-Kamış qeyd edib.

O, həmçinin Polşada, Redzikovoda (Pomeraniya Voyevodalığı) raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş daimi Amerika bazasının mövcudluğunu vurğulayıb.

“Polşada Amerika qoşunlarının mövcudluğu təqribən 10 min nəfərdir. Bundan əlavə, Redzikovoda raketdən müdafiə sisteminə malik daimi Amerika bazası var ki, bu da Amerikanın ölkəmizdə uzun müddət mövcudluğunu təmsil edir”, – nazir bildirib. Kosiniak-Kamış onu da qeyd edib ki, bir amerikalı hərbçinin saxlanması Polşa büdcəsinə ildə 15 min dollara başa gəlir.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177230