Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft105.26 $▼4.30%
  • WTI neft97.11 $▼3.64%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.882 $▼0.86%
  • Qızıl3 932 $▲0.56%
  • Gümüş49.55 $▼1.07%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.50 ¢▲0.46%
  • Bitcoin76 840 $▲0.22%
  • Ethereum2 253 $▲0.16%
  • S&P 5007 541▼0.52%
12°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Siyasət

ABŞ regionda olan mövcud reallıqları qəbul etməyə başlayıb: Rəsmi Vaşinqton başa düşür ki...

image-197
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər.

Məlumdur ki, hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan əsas səbəbdir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq” fikrini bildirib.

Metyu Millerin açıqlaması fonunda Ermənistan konstitusiyasının tezliklə dəyişdirilməsi mümkün olacaqmı?

Politoloq Zeynal Əmrəliyev Busaat.az-a açıqlamasında bildirib ki, Ermənistan öz Konstitusiyasında dəyişiklik etdikdən sonra sülh sazişinin imzalanması region üçün yeni töhfələr verəcək.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin irəli sürdüyü əsas şərt Ermənistan Konstitusiyasında olan müəyyən müddəaların götürülməsidir:

“Bu müddəalar Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarını özündə ehtiva edir. Həmin müddəalar mütləq şəkildə dəyişdirilməlidir. Əks halda regionda qalıcı sülh əldə etmək mümkün olmayacaq”.

Müsahibimiz vurğulayıb ki, Ermənistan daxilində revanşizmə çalışan qüvvələr var və bu qüvvələr gələcəkdə bu müddəaları əsas tutaraq hansısa hərəkətlənmə edə bilərlər. Ermənistanın ölkəmizə qarşı ərazi iddiasını əks etdirən Konstitusiyasında dəyişiklik olmadan sülh sazişinin imzalanması real görünmür.

Zeynal Əmrəliyev: Dünyanın supergücünün regiona bu şəkildə maraq göstərməsi müsbət hadisədir

ABŞ-nin sülh sazişi ilə bağlı mövqeyinə toxunan politoloq vurğulayıb ki, bu məsələdə Amerikanın səyləri təqdirəlayiqdir.

“Dünyanın supergücünün regiona bu şəkildə maraq göstərməsi müsbət hadisədir. Demək ki, ABŞ regionda olan mövcud reallıqları qəbul etməyə başlayıb. ABŞ başa düşür ki, Azərbaycanın müsbət rəyi olmadan hansısa əməkdaşlıq formatı müzakirə oluna bilməz”, – deyə Zeynal Əmrəliyev qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=143311