ABŞ Türkiyəyə S-400 raket sistemlərini Ukraynaya verməyi TƏKLİF ETDİ

image-photo_161941backend

ABŞ Rusiya istehsalı olan S-400 raket sistemlərini Ukraynaya verməyi təklif edib.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Paul Kolbe deyib.

“Türkiyə Moskvaya qarşı mübarizə üçün Rusiyanın sonuncu S-400 sistemlərini Ukraynaya təhvil verərək ABŞ ilə razılığa gəlməlidir”,- deyə Kolbe bildirib.

Mütəxəssis xatırladıb ki, Ankaranın Rusiya silahlarını alması Vaşinqtonun kəskin mənfi reaksiyasına səbəb olub və cavab olaraq Türkiyəyə F-35 qırıcılarının satışını dayandırıb.

Keçmiş kəşfiyyatçı belə bir sövdələşmənin Ankara ilə Vaşinqton arasında münasibətlərin bərpasına kömək edəcəyini düşünür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90