Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 792 $▲0.08%
  • Ethereum2 238 $▲0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Analitika

ABŞ Ukrayna ilə Əfqanıstanla olduğu kimi davrana bilər - ANALİZ

image-harlan_ullman_170614-n-wd117-032_-35306884775
170614-N-WD117-032 NEWPORT, R.I. (June 14, 2017) Harlan K. Ullman from CNIGuard Ltd. and the Killowen Group, delivers a keynote address during the 68th annual Current Strategy Forum at U.S. Naval War College (NWC) in Newport, Rhode Island. As NWC’s capstone academic event, the two-day forum brings together distinguished guests and students to explore issues of strategic national importance. This year’s theme is “National Security and Fleet Design.” (U.S. Navy photo by Mass Communication Specialist 1st Class Jaima Fogg/released)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vaşinqton gələcəkdə öz milli maraqlarını həyata keçirə, əvvəlki ABŞ administrasiyasının Əfqanıstanla bağlı əvvəllər etdiyi kimi Ukraynaya dəstəyi məhdudlaşdıra və öz qüvvələrini ölkədən çıxara bilər.

Busaat.az xəbər verir ki, bunu Atlantika Şurasının baş müşaviri Harlan Ullman öz rəyində bildirib.

“NATO və Avropa İttifaqı tərəfindən de-fakto qəbul edilən ABŞ-ın strategiyası Ukraynaya müdafiə və sağ qalmaq üçün kifayət qədər hərbi və qeyri-hərbi yardım verməkdir, lakin bu dəstək Rusiyanı Krımda və Donbasda nəzarət etdiyi ərazilərin hamısından və ya çoxundan qovmaq üçün kifayət deyil. “Patriot” raket batareyasının Ukraynaya təhvil verilməsi güclü siyasi siqnal olsa da, taktiki təsir minimal ola bilər” – deyə, analitik qeyd edib.

“Görünür, Ukraynaya və onun prezidenti Volodimir Zelenskiyə müharibəni bitirmək üçün şərtləri diktə etmək səlahiyyəti verilib. Lakin müəyyən mərhələdə ABŞ öz maraqlarından çıxış edəcək. ABŞ və NATO Ukraynanı dəstəkləməkdə qəti razılığa gəlsə də, müharibə qeyri-müəyyən müddətə davam edərsə, bu birlik davam edəcəkmi?” – deyə, analitik əlavə edib.

Ullmanın sözlərinə görə, Ukraynanın strategiyası yeni Rusiya ərazisini ələ keçirməkdir: “Kiyev bu məqsədə çatmaq üçün zahirən istənilən qiyməti ödəməyə hazırdır. Lakin qış yaxınlaşdıqca və təxminən bir il davam edən müharibənin xərcləri ağırlaşdıqca, şərait pisləşərsə və həm hərbi, həm də mülki təchizat tükənərsə, bu cürətkarlığın nə qədər davam edəcəyi bəlli deyil”.

Ullman bildirib ki, Ukraynada hərbi əməliyyatların uzadılması ən çox ehtimal olunan ssenaridir. Onun sözlərinə görə, Qərb Ukraynaya daha dəqiq silahların göndərilməsini sürətləndirməli və ona uzunmüddətli dəstəyi təmin etməlidir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94740