Məzmuna keç
  • Brent neft110.24 $▲0.66%
  • WTI neft101.34 $▲0.38%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.036 $▲1.71%
  • Qızıl4 025 $▲0.09%
  • Gümüş53.98 $▼0.34%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 586 $▼0.57%
  • Ethereum2 299 $▼1.18%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
Dünya

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək

image-2019-09-24t143824z_1507110490_rc19256f7ab0_rtrmadp_3_ukraine-drills-scaled-e1580491583712
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ ordusunun inventarından Ukraynaya 400 milyon dollarlıq əlavə sursat və texnika veriləcək.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken yazılı bəyanat verib.

Bəyanatda qeyd olunub:

“Birləşmiş Ştatlar Kremlin kritik enerji infrastrukturuna qəddar hücumları da daxil olmaqla Ukraynaya özünü müdafiə etməsi üçün əlavə hərbi yardım ayıracaq. Müdafiə Nazirliyinin inventarından çıxarılan 400 milyon dollarlıq paketin içərisində əlavə silah, sursat və hava hücumundan müdafiə vasitələri var. Bu paketlə Ukraynaya ümumi hərbi yardımın miqdarı təxminən 19,7 milyard dollara çatacaq”

“Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Kiyevə son səfəri zamanı təqdim etdiyi 50 milyon funt-sterlinq dəyərində hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Fransa və Böyük Britaniya da səylərimizə qoşulur. İsveçin son hava hücumundan müdafiə öhdəliyi təxminən 300 milyon ABŞ dolları dəyərindədir. Biz Ukraynanın özünü müdafiə etməyə davam etməsi və vaxtı gələndə danışıqlar masası arxasında mümkün qədər güclü mövqe tutması üçün nə qədər vaxt aparsa da, onu dəstəkləməyə davam edəcəyik” – deyə, bəyanatda bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91702