ABŞ və NATO hərbçiləri Əfqanıstandan çıxmağa başladı

image-natobackend

Əfqanıstanda yerləşən ABŞ və NATO silahlı qüvvələri bu gündən etibarən ölkədən çəkilməyə başlayıb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ də ölkədə olan, sayları 2500-3000 min civarındakı ABŞ hərbçiləri ilə 7000 NATO hərbi heyəti bu gündən etibarən mərhələli olaraq Əfqanıstanı tərk edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden aprelin 15-də mayın 1-dən etibarən bütün hərbi qüvvələrinin Əfqanısatandan çıxarılacağını açıqlamışdı.

Proses 11 sentyabra qədər yekunlaşacaq.

20 illik müharibə ABŞ-a 2 trilyon dollar başa gəlib. Bu ölkədə ABŞ-ın 2 min 442 hərbçisi ölüb, 20 min 666-sı yaralanıb.

NATO bu müddətdə 1144 hərbçi itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90