Abşeron rayonu, Masazır qəsəbəsində torpaq alqı-satqısı ilə bağlı problemli hal yaşanıb.
Bu barədə Busaat.az-a şikayət daxil olub.
Şikayətçi Səkinə Nəsibova Bakıvaxtı.az-a bildirib ki, Abşeron rayonu, Masazır qəsəbəsində 20 min manat məbləğində təsərrüfat məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahəsi alıb.
Onun sözlərinə görə, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi Dairəsindən bütün rəsmi sənədləri əldə edib.
Lakin şikayətçi iddia edir ki, aldığı torpaq sahəsində Rzazadə Nahid Natiq oğlu tərəfindən qanunsuz formada torpağa daxil olunub:
”Üstəlik o ərazidə tikinti işi də aparılıb”.
Səkinə Nəsibova Abşeron rayon İcra Hakimiyyətinə və digər qurumlara müraciət etməsinə rəğmən, iddiasının təmin edilmədiyi və araşdırma tədbirlərinin həyata keçirilmədiyini qeyd edib:
“Abşeron rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir iddiam təmin olunmayıb. Mənim şikayətimlə maraqlanan yoxdur. Bu gün-sabah deyə-deyə məni yola verirlər. Daşınmaz əmlakın peyk fotosu, digər faktiki sənədlərlə hər şey isbat oluna bilər. Lakin bu məsələylə bağlı heç bir dəstək göstərilmir”.
Busaat.az problemlə bağlı Abşeron rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu göndərib.
Redaksiya tərəflərin fikirlərini işıqlandırmağa hazırdır.
Torpaq sahəsinə aid sənədlərin fotolarını fakt kimi təqdim edirik: