Afrikada Makron üçün soyuq duş: Getdiyi hər ölkədə “çıxın” şüarları ilə qarşılandı – İCMAL

image-kapak_094013backend

Ölkəsinin Afrikadakı nüfuzunu qorumaq istəyən Makronun 4 ölkəyə səfəri etirazlarla davam edir. Makron “Fransafrik dövrü bitdi” deyərək, Fransa əleyhinə müxalifət addımları aradan qaldırmaq üçün yeni səhifə açmağa çağırış edib.

Busaat.az xəbər verir ki, əsrlər boyu Afrikanı vəhşicəsinə istismar edən fransız imperializmi ABŞ, Rusiya və Çinə qarşı gücünü itirdiyi qitədə mövcudluğunu möhkəmləndirməyə çalışır.

Afrika ölkələri ilə yeni səhifə açmaq istədiklərini iddia edən Fransa prezidenti Emmanuel Makron, Qabon, Anqola, Konqo və Konqo Demokratik Respublikası da daxil olmaqla Mərkəzi Afrikanın 4 ölkəsinin yer aldığı tura başlayıb. Səfərlər etirazlarla müşayiət olunub.

Martın 5-nə qədər davam edəcək səfərlərin ilk dayanacağı Qabon olub. Bu ölkəyə gedən Makron Fransanın qitədəki hərbi bazalarının sayını azaldacaqlarını bildirib. Ötən gün Qabonun paytaxtı Librevildə fransız icması qarşısında etdiyi çıxışda Makron deyib: “Fransafrik dövrü artıq bitdi. Fransada olmayan niyyətləri oxuyanda, eşidəndə və görəndə məndə bəzən elə bir hiss yaranır ki, mentalitetlər bizim qədər inkişaf etmiş deyil”.

Fransa lideri əlavə edib: “Fransa hər yerdə olduğu kimi Qabonda da hər kəslə danışan, rolu daxili siyasi çəkişmələrə qarışmamaq olan tərəfsiz bir həmsöhbətdir”.

Qeyd edək ki, Fransafrik siyasəti Fransanın Saharaaltı Afrika ölkələri ilə iqtisadi, diplomatik və hərbi əlaqələrini neokolonializm üzərində qurması siyasəti kimi şərh olunur.

Fransa lideri bu ölkələrə getməzdən əvvəl Konqo Demokratik Respublikasında etiraz aksiyası keçirilib. Ölkənin paytaxtı Kinşasada Fransa səfirliyi qarşısında toplaşan konqolular Fransanı ölkələrindəki üsyançı qruplara dəstək verməkdə və Ruanda ilə birlikdə hərəkət etməkdə ittiham ediblər.

Nümayişçilər “Konqolular Fransanın siyasətinə yox deyir”“Biz Makronu istəmirik” kimi şüarlar səsləndiriblər.

Fransanın, çox hissəsi Nigeriya və Çadda olmaqla 3 000-ə yaxın hərbi qulluqçusu var. Bir müddət əvvəl bu rəqəm 5 500 idi. Hökumətin reaksiyası və ictimai etirazlar nəticəsində 400 əsgərdən ibarət Fransa xüsusi təyinatlıları ötən həftə Burkina Fasodan geri çəkilib. Bundan əvvəl Fransa qoşunlarını Malidən çıxarmalı olub.

Fransa və Çinin artan təsiri bütün qitədə, xüsusən də Qərbi Afrikada diqqət çəkir. Makronun səfər edəcəyi dörd ölkədən üçü; Qabon, Konqo və Anqola ötən cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiya qüvvələrinin Ukraynadan çıxarılmasını tələb edən qətnamə layihəsinə səsvermədə bitərəf qalıb.

Busaat.az / Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki