Qırğızıstanda 4-9 yaş arası altı azyaşlı minik avtomobilinin su hövzəsinə düşməsi nəticəsində ölüb.
Busaat.az ” TASS-a istinadən xəbərinə görə, bu barədə Çuy vilayətinin Daxili İşlər İdarəsindən (Qırğızıstanın Bişkek şəhərində dövlət polisi) məlumat verilib.
Qeyd edilir ki, salonunda 11 sərnişinin, o cümlədən 8 uşağın olduğu minik avtomobili su hövzəsinə düşüb.
Altı azyaşlı avtomobildən çıxa bilməyərək, boğulub.
İlkin məlumata görə, sürücü idarəetməni itirib, bundan sonra avtomobil su anbarına düşüb.