
Aİ bu binanın təmirinə 1,1 milyard avro sərmayə qoyacaq
Avropa İttifaqı (Aİ) Aİ Şurasının mənzil-qərargahının yerləşdiyi binanın təmirinə ən azı 1,1 milyard avro xərcləməyi nəzərdən keçirir.
Busaat.az xəbər verir ki, sözügedən bina Justus Lipsius binasıdır.
Bina Avropa Komissiyası ilə üzbəüz yerləşir. Portal sənədə istinadla bildirir ki, bina artıq “ən pis enerji göstəricilərinə malik” kateqoriyasına daxil edilib. Təmir işlərinə təhlükəsizlik baxımından da baxılır. Aİ Şurası Brüsselin Avropa Məhəlləsində üç bitişik binada yerləşir.
Justus Lipsiusun yenidən qurulmasının ümumi dəyəri 803 milyon avro olaraq qiymətləndirilir. Şura layihəni həyata keçirmək üçün kredit götürərsə, əlavə faiz xərcləri 300 milyon avrodan çox qiymətləndirilir və ümumi xərclər 1,1 milyard avrodan çox olacaqdır.
Portal qeyd edir ki, bu xərclər bütün qitədə büdcənin azaldılması və Aİ-nin növbəti yeddi illik büdcəsi ilə bağlı onsuz da gərgin danışıqlar fonunda planlaşdırılıb.
İşlərin 2029-cu ildə başlanması, binanın 2036-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Yeganə






















