“Aİ missiyasının gəlişi ilə Ermənistan öhdəliklərdən qaçmağa çalışacaq” – EKSPERT RƏYİ

image-brussels-trilateral-060422backend

Daha əvvəl geniş şəkildə üzərində dayandığımız əsas məsələlərdən biri də, Azərbaycan-Ermənistan sülh və normallaşdırma prosesinin gedişi ilə bağlı yaşananlardır. Son zamanlar bu istiqamətdə ciddi addımlar atılmış, liderlər şifahi şəkildə mühüm razılaşmalar əldə etmişdir. Ancaq hazırda sülh və normallaşdırma istiqamətində danışıqlar davam edir və hələlik rəsmi müqavilələrin imzalanması baş tutmayıb.

Belə bir gərgin situasiyada dünən Avropa İttifaqı (Aİ) missiyası Ermənistanın Azərbaycanla sərhədlərinə gəlib. Bu missiyanın regiona gətirilməsində əsas məqsəd və gözləntilərin nə olması isə, hər kəsə maraqlıdır.

Bəs görəsən, Aİ missiyasının, həm də hazırki situasiyada regiona gətirilməsində məqsəd və gözləntilər nələrdir? Bu məqsəd və gözləntilər özünü doğrulda bilərmi?

Mövzu ilə bağlı sualları siyasi məsələlər üzrə ekspert, politoloq İlyas Hüseynov Busaat.az-a şərh edib:

İlyas Hüseynov: Dövlət başçısının sərəncamı diqqət və qayğının bariz nümunəsidir - "İki sahil"
“Düşünürəm ki, Praqada dörd tərəfli görüş nəticəsində əldə olunan razılaşmaya görə Aİ-nin mülki missiyasının Ermənistan ərazisində yerləşdirilməsi Ermənistanın suverenliyi və müstəqilliyindən heç bir əlamət olmadığını göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu missiyanın öz ərazisində yerləşdirilməsinə qarşı çıxıb. Çünki yeni geosiyasi şərtlərdə onlar regiona mülki qiyafədə gəlsə də, indi reallıqlar başqadır. Azərbaycan müstəqil xarici siyasət yürüdür və milli maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutur”.

Ekspert Ermənistanın bu missiyadan gözləntilərini dəyərləndirib: “Digər tərəfdən Ermənistan bu mülki missiyanın xidmətlərindən istifadə etməklə öz məkrli planlarını icra etmək niyyətindədir və Praqada keçirilmiş görüşün nəticəsinə görə onların fəaliyyət müddəti cəmi iki ay nəzərdə tutulub. Ermənistan bu fəaliyyətin daha da artırılmasına çalışacaq. Bu istiqamətdə hər hansısa təxribatların təşkili də istisna olunmur. Eyni zamanda nəzərə almaq lazımdır ki, missiya üzvləri hərbçilərdir, delimitasiya işini yaxşı bilirlər və xəritələrlə işləyə bilən şəxslərdir. Ona görə də məhz onların bu regionda yerləşdirilməsi Ermənistanın uzunmüddətli planlarından xəbər verir”.

Ekspert həmçinin, bundan sonra Ermənistan tərəfinin ata biləcəyi mümkün addımları şərh edib: “Düşünürəm ki, Ermənistan bir müddət sonra Aİ missiyasının say tərkibinin artırılmasını istəyə bilər. Amma istənilən halda onların bölgədəki sayı 40 nəfərlə məhdudlaşır. Missiya üzvlərinin hər hansı bir formada sayının artırılması, manevr imkanlarının gücləndirilməsi yolverilməzdir. Ermənistan bununla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışacaq. Müəyyən formada missiya heyətini də hədəf edəcək ki, sülh ilə bağlı bütün planlar alt-üst olsun və öhdəliklər yerinə yetirilməsin”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki