Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 643 $▼0.12%
  • Ethereum2 230 $▼0.26%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Aİ Ukraynanı təhlükəsiz peyk rabitəsi sisteminə daxil etməyə hazırlaşır

image-ukrayna-ab-af-1671539
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) Ukraynanı özünün təhlükəsiz peyk rabitəsi sisteminə daxil etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, Aİ Komissiyasının bəyanatına görə, Komissiya üzv dövlətlərə Ukraynanın Aİ-nin peyk rabitəsi proqramında iştirakı üçün danışıqlara başlamağı təklif edib.

Bu addımla Ukrayna Aİ-nin “GOVSATCOM” adlı təhlükəsiz peyk rabitəsi sisteminə və “Birlik Təhlükəsiz Bağlantı Proqramı”na qoşula biləcək.

GOVSATCOM Avropa ölkələrinin və özəl şirkətlərin peyk sistemlərini birləşdirərək təhlükəsiz rabitə şəbəkəsi yaratmağı qarşısına məqsəd qoyub.

Ukrayna aprel ayında Aİ ilə imzalanmış ilkin razılaşma ilə kosmik proqramın digər hissələrinə qoşulma prosesinə start verib. Yeni saziş bu əməkdaşlığı daha da genişləndirəcək.

Aİ rəsmiləri bildirirlər ki, bu təşəbbüs həm Avropanın, həm də Ukraynanın təhlükəsiz kommunikasiya imkanlarını artıracaq. Bu, həm də Aİ-nin 2030-cu ilə qədər qitə miqyasında təhlükəsiz rabitə şəbəkəsi yaratmaq planının bir hissəsidir.

Müqavilə yekunlaşdıqdan sonra Ukraynanın üzvlüyü Aİ Şurasının rəsmi təsdiqi ilə qüvvəyə minəcək.

Yeganə

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=175379