Aksiz marakası olmayan 267 min manatlıq siqaret aşkarlandı

image-siqaretbackend
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş Azərbaycan Respulikasının aksiz markası ilə markalanmayan külli miqdarda, 267806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Busaat.az-a verilən məlumata görə, faktla bağlı DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


667d417ca3712667d417ca37131719484795667d417ca370e667d417ca3710jpg 1719486172667d417c9b180667d417c9b1811719484795667d417c9b17d667d417c9b17fjpg 1719486173

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki