Aleksandr Ata ilə vida mərasimi keçirilir – Fotolar

image-mycollages_-_2021-06-13t091833-148backend

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

Busaat.az “Report”a istinadən xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

Mərasim saat 12:30-a kimi davam edəcək.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

image-26323889-1931-35c2-bce0-63165d32d87e image-6c38d3f6-9f67-36ee-9479-e54f07a8c948 image-e4c6d4a3-1bb3-3bb3-8aa8-d2954fa3a6df image-733de1b6-6fc4-316b-b35b-121ea948bbce image-45dc1c61-9af8-376b-b4c1-efb015357396

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90