Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 702 $▼0.04%
  • Ethereum2 233 $▼0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

İranın Azərbaycandan istəkləri nədir? - ŞƏRH

image-1682791945_1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Saxlanılan Azərbaycana qarşı fəaliyyət göstərən şəxslərin ölkəmizə təhvil vermək qarşılığında İranın istəkləri ola bilər”.

Bunu İranın Azərbaycana qarşı fəaliyyət göstərən şəxslərin təhvil verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın hansısa formada səmimi olacağına inanmıram:

image-131bd62202-hh

“İran mediasında Azərbaycana qarşı fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatının iki üzvünün saxlanılması ilə bağlı xəbərlər var. Guya ki, onlar Azərbaycana təhvil veriləcək. Açığı buna inanmıram. Bunun isə bir neçə böyük səbəbi var: Birincisi, İranın terror təşkilatlarını maliyyələşdirən bir ölkə olmasıdır. İran Suriyada, Fələstində, Yəməndə, İraqda terror təşkilatlarını maliyyələşdirir. Hətta Azərbaycanda da etməyə cəhd göstərir. Həmin şəxsləri əgər Azərbaycana təhvil versə həmin terror təşkilatlarının yanında İranın nüfuzu düşəcək. İran isə bunu istəməz.

İkincisi isə İranın həmin şəxslər qarşılığında Azərbaycandan istəyəcəyi tələblərdir. Bu tələblərdən ən vacibi isə Azərbaycanın İsraillə əlaqələri kəsməsidir. Bu da mümkün olan birşey deyil. Çünki Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Digər tələblərdən biri isə Azərbaycanın Zəngəzur dəhlizindən əl çəkməsi istənilə bilər. Bu da qeyri-mümkündür. Son olaraq Azərbaycanın Türkiyə və digər ölkələri regiona buraxmaması istənilə bilər. Azərbaycanın isə Türkiyə ilə müttəfiqliyi var”.

“Yəni bu istəklərin heç biri reallaşa bilməz. Sadəcə olaraq İran görüntü yaratmaq xatirinə bu addımı atır. Sadaladığım ünsürləri nəzərə alaraq İranın səmimi addım atacağına inanmıram. Ermənistandan gözləntimiz nədirsə, İrandan da odur”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108510