Buzlu yollar geri qayıdır: Bakı hazırdırmı? – EKSPERT RƏYİ

image-buzlu-yolbackend

“Yollarda buzlaşmanın qarşısını tam almaq qeyri-mümkündür”.

image-rauf-agamirzeyev

Bunu Busaat.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıda qışın sərt keçəcəyi təqdirdə sürücülərin nə etməli olduğu mövzusunda danışarkən deyib.

O bildirib ki, Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi qış vaxtı yolları nəzarətdə saxlayır:

“Qəzanı törədən bəzi səhlənkar sürücülərdir. Qış təkərlərinə keçid etməmək, ekstremal vəziyyət sayılan buzlu yolda qeyri-peşəkarlıq qəzaya səbəb olur.  “Mən peşəkaram hər vəziyyətdən çıxaram” deməklə iş həll olmur”.

Ekspert yolların buzlaşması halında hansı addımların atıla bilinəcəyi məsələsinə toxunub: “Heçkim təbiətə qarşı çıxa bilməz. Yollarda buzlaşmanın qarşısını tam almaq qeyri-mümkündür. Qum-duz səpməklə müəyyən qədər buzlaşmanın qarşısı alına bilər. Sürücülər ehtiyatlı davranmalıdır. Təhlükə varsa yola çıxmaması daha məsləhətlidir. Şəxsi avtomobillə səyahət mütləqdirsə qış təkərlərindən istifadə vacibdir. Eyni zamanda, sürüşmənin qarşısını almaq üçün sepdən də istifadə oluna bilər. Bakı yollarında şəxsi nəqliyyatdan istifadənin çətinləşdiyi zaman ictimai nəqliyyatın, qatarların sayını artırmaq məqsədəuyğundur”.

 

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki