Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 757 $▲0.03%
  • Ethereum2 234 $▼0.06%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

İran Azərbaycana qarşı sərgilədiyi mövqeyində dəyişiklik etməzsə, nələr baş verə bilər? - ŞƏRH

image-maxresdefault
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İran Azərbaycana qarşı sərgilədiyi mövqeyində dəyişiklik etməzsə, gələcəkdə münasibətlərin normallaşmasında müsbətə doğru addım müşahidə etməyəcəyik”.

Bunu gərgin İran-Azərabaycan münasibətləri haqqında fikirlərini səsləndirən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsində tək səbəb İranın özüdür:

image-1672768055_752

“Azərabaycan hər zaman nəinki İran, bütün qonşularına qarşı səmimi mövqedən çxış edib. Heç bir zaman münasibətlərin pisləşməsində maraqlı olmamışıq. Tam əksi daha da yaxınlaşmaq, siyasi-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir. Sistematik şəkildə İranda Azərbaycana qarşı aparılan informasiya terroru, Azərbaycanla sərhəddə hərbi təlimlər keçməsi, Tehranda səfirliyimizə terror hadisəsi və ən son olaraq Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə İran agentlərinin adının hallanması İranın Azərbaycana qarşı heç zaman dürüst olmadığını deməyə əsas verir”.

“Azərbaycanla İran regional kontekstdə əməkdaşlığı davam etdirməlidir. Münasibətlərin gərginləşməsi İran üçün daha ziyanlıdır. İran Azərbaycana qarşı sərgilədiyi mövqeyində dəyişiklik etməzsə, gələcəkdə münasibətlərin normallaşmasında müsbətə doğru addım müşahidə etməyəcəyik”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106361