
Alimlər yediyimiz bəzi balıqların zəhərli ola biləcəyini deyir
Balıqlar sağlamlıq üçün xeyirli olduğuna görə, menyumuzda həftədə bir və ya iki dəfə yer alması tövsiyə edilir. Busaat.az xəbər verir ki, bu barədə Bavariya Mərkəzi Qida Araştırmaları Mərkəzinin rəhbəri Daniel Kler deyib.
Onun sözlərinə görə, bəzi hallarda ən xeyirli balıq belə, insan həyatı üçün təhlükə daşıya bilər: “Çünki demək olar ki, bütün balıqlarda “Omega-3″ və yod var. Əsasən də yaşlı və böyük balıqlarda bu təhlükələyə rast gəlmək olar”.
Kler əlavə edib ki, təhlükə sadəcə balıqların çəkisi və yaşına görə deyil, həm də ovlandığı yerə görə də ola bilər: “Ona görə də Avropa İttifaqı hamilə qadınlar və uşaqların bəzi balıqlardan uzaq durmasını tövsiyə edir”.
Kler eyni zamanda, bəzi balıq fermalarında yetişdirilən balıqlara qarşı da diqqətli olmağın lazım olduğunu, çünki balıqlarda olan civənin toksiki maddə olduğunu bildirib.




















