Almaniya böyük iş yerlərini ixtisar edəcək

image-1ca5fadfd1760d65771fd3b4bf312bf6backend
Almaniyada 88 şirkət demək olar ki, 150 min iş yerini ixtisar etməyi planlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Nəşr işəgötürənlər təşkilatı ⅦNeue Soziale MarktwirtschaftⅦ (INSM) tərəfindən aparılan araşdırmanın nəticələrinə istinad edərək, 88 şirkətdə ümumilikdə 147 522 iş yerinin ixtisar edilməsi planlaşdırıldığını qeyd edib.
INSM siyahısına kiçik mühəndislik firmalarından tutmuş böyük korporasiyalara, İT firmalarına, hava yollarına və digər şirkətlərə qədər müxtəlif şirkətlər daxildir. Hesabatda deyilir ki, təkcə Deutsche Bahn 30,000, avtomobil hissələri tədarükçüsü ZF isə 14,000 işçini ixtisar etməyi planlaşdırır.
Yeganə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki