Almaniya çip istehsalına 2 milyard avro vəsait ayıracaq

image-why-semiconductors-are-a-really-big-dealbackend

Almaniya yarımkeçiricilərin inkişafı və istehsalına 2 milyard avro sərmayə qoymağa hazırlaşır. 

Busaat.az “Bloomberg”ə istinadən xəbər verir ki, Almaniya hökuməti bu vəsaiti yarımkeçiricilər, onlar üçün komponentlər və s. istehsalı ilə bağlı 10-15 layihə arasında bölüşdürmək niyyətindədir.

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü Annika Einhorn bildirib ki, çip istehsalçılarına sənayenin mövcud inkişaf səviyyəsini əhəmiyyətli dərəcədə aşan müasir istehsal müəssisələrinin inkişafı üçün vəsait ayrılması planlaşdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki