Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.95 $▼0.34%
  • WTI neft87.89 $▼0.51%
  • Avropa qazı (TTF)86.34 €▼5.07%
  • Təbii qaz (ABŞ)3.157 $▼0.03%
  • Qızıl3 878 $▲0.21%
  • Gümüş47.70 $▲0.80%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 296 $▼1.56%
  • Ethereum1 802 $▼1.80%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

“Anası səs-küy eşidib zala girmək istəyəndə az qalıb, onu da vursun, deyib ki…” – 7 yaşlı Fəridin atası DANIŞDI

image-1683022887_1683021114_e142f613-f9b8-4661-9704-574cedee5923-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən də, dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırısın..”.

Busaat.az xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib:

“Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, “qız kimi böyütmə”. Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb”.

Fəridin atası video ilə bağlı da bəzi faktları da qeyd edib: “Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı ora gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108494