Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 474 $▼2.56%
  • Ethereum1 871 $▼2.94%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İlham Əliyev

Anqola lideri İlham Əliyevə zəng etdi

image-fnfsn87nb_president
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Busaat.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Joao Lorenso COP29-da iştirak etmək üçün ölkəmizə səfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıya səfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf müqabilləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlər keçirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların olduğunu deyib.

Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olan tələbələrin ölkəmizdə təhsil aldıqları xatırlanıb və həmin şəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləri məmnunluqla qeyd edilib.

Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasını yerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162559