Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin hərbçiləri və DİN əməkdaşları təltif edilib.
Busaat.az xəbər verir ki, təltif edilənlər arasında bu ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərində şəhid olanlar da var.
Əsgər Quluzadə Nihat Qasım oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Antiterror tədbirlərində şəhid olan polkovnik-leytenantlar Rüstəmov Vüsal Rüstəm oğlu, Şadmanov Əkrəm Yunus oğlu və Hüseynov Rəşad Rəhim oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.