
Araik Arutunyan bütün avtomobillərini satışa çıxardı: Beğlaryan açıqladı
Qondarma “artsax”ın qondarma prezidenti Araik Arutunyan 9 avtomobilin hərraca çıxarılması üçün qərar verib. Busaat.az xəbər verir ki, bununla bağlı qondarma rejimin aparat rəhbəri Artak Beglaryan mətbuata açıqlama verib. Beğlaryan bildirib ki, 9 avtomobil açıq hərraca çıxarılıb.
Avtomobillər Aqondarma rejimin strukturlarına və Araik Arutunyana aid olub. TOYOTA LAND CRUISER 200 markalı 9 avtomobil hərracda 300 min dollara satılacaq.Beğlaryan bildirib ki, artıq qondarma rejimin parkında avtomobil demək olar ki, yoxdur.






















