Arvaddan xəyanətdə yaxaladığı ərinə ultimatum: “Böyrəyimi ver!”

Arvaddan xəyanətdə yaxaladığı ərinə ultimatum: “Böyrəyimi ver!”backend
Busaat.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, böyrəklərindən birini əri Əhmədə qurban verən Türkiyə sakini Maviş Ərdoğan ərini xəyanətdə yaxaladıqdan sonra böyrəyinin ona qaytarılmasını tələb edib.
Cütlük 2006-cı ildə evlənib, üç il sonra həkimlər Əhmədə böyrək köçürülməsinin zəruriliyini bildirəndə atası və qardaşları öz böyrəklərini verməkdən imtina edib. Maviş isə böyrəyini ərinə bağışlayıb. 2019-cu ildə Əhməd həyat yoldaşına xəyanət edib, Maviş onu başqa qadınla yaxaladıqdan sonra ayrılıblar. İndi həyat yoldaşı böyrəyini qaytarmağı tələb edir.
Türkiyə qanunlarına görə, orqan donorları prosedur başa çatdıqdan sonra bağış hüquqlarını itirirlər, çünki donorlar orqanlarını qeyd-şərtsiz bağışladıqlarını təsdiq edən sənədlərə imza atırlar.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90