Arvadını öldürüb qapını arxadan bağlayıbmış – Video

image-qapi1backend

Xəbər verdiyimiz kimi ötən gecə Bakıda 61 yaşlı kişi arvadını yaşadığı mənzildə qətlə yetirib.

“Qafqazinfo”nun məlumatına görə, həmin şəxs arvadını öldürdükdən sonra qapını arxadan bağlayıb. Zənglərə və qapını döyən şəxslərə cavab verməyib.

Bu barədə FHN-in yaydığı açıqlamada bildirilib:

“Gecə saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. Həmçinin, mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub”.

***

Qeyd edək ki, qonşular bildirib ki, hadisəyə səbəb kişinin ruhi-əsəb xəstəliyindən əziyyət çəkməsi olub. Belə ki, onun psixoloji problemləri var imiş. Əvvəllər müalicə alıb, daha sonra evə buraxılıb. Ailənin iki övladı var. Həmin gün qadının oğlu anasına nə qədər zəng etsə də, cavab verən olmayıb. Daha sonra evə gəlib qonşularla birlikdə qapını döyüb. Lakin açan olmayıb. Bundan sonra polisə məlumat veriblər. FHN əməkdaşları tərəfindən qapı açılıb. İçəridə qadının meyiti aşkarlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki