AVRO-2020: Final oyununda iştirak edəcək azarkeş sayı açıqlandı

image-42dcaf81-4058-37b3-b474-22680f9a26cf_850backend

Futbol üzrə Avropa çempionatının yarımfinal və final oyunlarında iştirak edəcək azarkeş sayı açıqlanıb.

Busaat.az  “Guardian”a istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda “Uembli” stadionundakı matçlara 45 min fanat qatıla biləcək.

Buna səbəb İngiltərədə koronavirusa görə məhdudiyyətlərin azaldılmasıdır. 90 min azarkeş tutuma malik “Uembli”də hazırda D qrupunun görüşləri keçirilir və qarşılaşmalarda 22 min 500 tərəfdarın iştirakına icazə verilib.

Qeyd edək ki, AVRO-2020-də yarımfinal görüşləri iyulun 6-7-də, final isə iyulun 11-də gerçəkləşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90