Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 250 $▼1.43%
  • Ethereum1 901 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı təcili toplanır: “Biz əyilməyəcəyik”

image-b671c4cb7e5c7657144cbf18de2ce63e
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın 300 min hərbçini ordu sıralarına çağırmasını nəzərdə tutan səfərbərlik qərarından və Ukraynadakı separatçıların referendumla bağlı bəyanatından sonra Nyu-Yorkda fövqəladə iclas keçirəcək.

Busaat.az xəbər verir ki, fövqəladə iclası Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrel çağırıb. Borrel jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə ortaq qərarlar qəbul etməyi hədəfləyirlər.

“Biz əyilməyəcəyik, Ukraynanın suverenliyi və demokratiyasının müdafiəsini tam dəstəkləməyə davam edəcəyik”, – deyə Borrell qeyd edib. Rusiya prezidenti Vladimir Putinin səfərbərlik bəyanatında nüvə silahından istifadə ilə bağlı hədələrə diqqət çəkən Borrel, bu cür təhdidlərin qəbuledilməz olduğunu bildirib: “Nüvə silahı ilə təhdid bütün dünya üçün real təhlükədir. Beynəlxalq ictimaiyyət buna reaksiya göstərməlidir”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86166