Avropanın ən qədim ayaqqabısı İspaniyada tapıldı – FOTO

image-ispaniyabackend

Avropanın ən qədim ayaqqabısı İspaniyanın “Yarasa mağarası”nda tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Alimlər müəyyən ediblər ki, ən qədim ayaqqabı olan otdan toxunan sandalların təxminən 6 min il yaşı var.

Bunlar İspaniyada 19-cu əsrdə mədənçilər tərəfindən talan edilmiş yarasa mağarasında aşkar edilən bir sıra qədim əşyalar arasında idi. Lakin onların nə olduğu yeni araşdırmada təhlil edilib.

Mağaranın aşağı rütubəti və sərin küləkləri onları qeyri-adi dərəcədə yaxşı qoruyub saxlayıb.

“Obyektlər Cənubi Avropadan indiyədək məlum olan ən qədim və ən yaxşı qorunan bitki lifi materiallarıdır. Sənədləşdirilmiş texnoloji müxtəliflik və xammalın emalı tarixdən əvvəlki icmaların bacarıqlarını ortaya qoyur”, – tədqiqatın həmmüəllifi Maria Herrero Otal bildirib.

Tədqiqatçıların sözlərinə görə, analiz edilən sandalların tikintisində müxtəlif növ otlardan istifadə edilib, eimage-qedim-ayaqqabiyni zamanda dəri və əhəng kimi digər materiallar da tapılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90