Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.73 $▲0.46%
  • WTI neft82.88 $▲0.80%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.308 $▼2.25%
  • Qızıl3 681 $▼1.17%
  • Gümüş44.38 $▼1.56%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda593.25 ¢▲1.45%
  • Bitcoin62 889 $▼0.15%
  • Ethereum1 779 $▲0.22%
  • S&P 5007 219▼1.41%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Hadisə

Azərbaycanda körpü uçdu - FOTO

image-1641490621_1456813306_412141
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kürdəmirdə sakinlərin əkin sahələrinə və mal-qaranın örüşə gediş-gəlişini təmin edən körpü uçub.

Busaat.az  Report-a istinadən xəbər verir ki, Baş Şirvan kollektorunun rayonun Sor-sor kəndi ərazisindən keçən hissəsində eni 1, uzunluğu 15 metr olan körpünün uçması sakinlər üçün müəyyən çətinliklər yaradıb.

Sakinlər bildiriblər ki, körpünün təmir edilməsi üçün müraciət etsələr də, nəticəsi olmayıb:

“Bizim əkin sahələri, mal-qaranın otlaq yeri kollektorun digər tərəfində olduğu üçün qarşı tərəfə keçməkdə çətinlik çəkirik. Körpünün uçması sakinlər üçün çətinliklər yaradıb. Mal-qaranı örüşə apara bilmirik, əkin sahələrinə vaxtında gedib-gələ bilmirik”.

Baş Şirvan Kollektoru İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov bildirib ki, körpüyə alternativ olaraq 1 kilometrə yaxın bir məsafədə yeni keçid çəkilib:

“Sakinlərin müraciətləri əsasında 5 il öncə qəzalı vəziyyətdə olan körpüyə alternativ keçid çəkilib. Lakin sakinlər məsafənin uzaq olmasını əsas gətirərək həmin keçiddən istifadə etmirlər. Kollektorun üzərində yeni keçid salındıqdan sonra qəzalı vəziyyətdə olan körpü bizim balansımızdan çıxarılıb. Lakin biz bu məsələni rəhbərlik qarşısında yenidən qaldıracağıq. Rəhbərlik tərəfindən hansı qərar qəbul olunsa, o da icra olunacaq”, – idarə rəisi bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67694