Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.18 $▲1.57%
  • WTI neft86.48 $▲1.73%
  • Avropa qazı (TTF)84.45 €▲0.48%
  • Təbii qaz (ABŞ)3.149 $▲2.01%
  • Qızıl3 872 $▼0.13%
  • Gümüş47.61 $▲0.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.25 ¢▲2.13%
  • Bitcoin63 680 $▼1.75%
  • Ethereum1 775 $▼2.39%
  • S&P 5007 321▼1.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

AZAL-da qiymətlərin baha olmasına aydınlıq gətirildi - "Yanacaq dünya qiyməti ilə alınır"

image-azal-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL) uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, hamını maraqlandıran AZAL-da qiymət məsələsidir.

Onun sözlərinə görə, aviasiya sahəsində qiymətlər dəyişkəndir, hətta eyni gündə, eyni yerə olan uçuşlarda, eyni sinifdə bəzi qiymətlər iki dəfəyə yaxın dəyişir. Ölçü vahidi olaraq aviasiya sahəsində bir kreslonun uçuş qiyməti mil olaraq nəzərə alınır: “Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır, AZAL-a heç bir güzəşt yoxdur. Qiymətlərə təsir edən digər amil təyyarənin alınması və saxlanması xərcləridir. Bundan başqa, işçilər, pilot, xidmət də qiymətlərə təsir edir. Kabin hazırlığı ciddi standartlarla müəyyən olunur”, – nazir müavini vurğulayıb./APA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125169