Məzmuna keç
  • Azeri Light122.28 $▼2.18%
  • Brent neft112.23 $▲0.14%
  • WTI neft103.31 $▲0.14%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.07%
  • Qızıl4 013 $▲0.23%
  • Gümüş51.54 $▲0.39%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda606.50 ¢▼0.04%
  • Bitcoin78 416 $▲0.80%
  • Ethereum2 239 $▼0.42%
  • S&P 5007 720▼0.36%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Hadisə

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər

image-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər.
busaat.az  xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
“Komissiya işləyir. Uçuş rejimi, parametrlər və səs yazıları əsasında müəyyən nəticələr çıxarılacaq. Düşünürəm ki, gələn həftə ilkin hissə Nəqliyyat Nazirliyi tərəfindən dərc ediləcək. Çünki ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ilkin nəticələrin hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmasını tövsiyə edir. Çətinliklər var, amma biz işi vaxtında yekunlaşdırmalıyıq”, – Bozumbayev bildirib.
O qeyd edib ki, Braziliyada təyyarənin qara qutular”ının oxunması prosesi başa çatıb və Qazaxıstana geri qaytarılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156941