Azarkeşlər maşınları yandırdı, polisə müqavimət göstərdi – Video

image-144637backend

Aprelin 3-də “Atletiko” (Bilbao) və “Real Sosyedad” arasında keçirilən İspaniya Kubokunun finalından (2020-ci il finalıdır və ötən il təxirə salınmışdı) əvvəl qalmaqal yaşanıb.

Busaat.az xəbər verir ki, matçdan əvvəl polislə azarkeşlər arasında qarşıdurma olub.

“Atletik” fanatları matçın keçirildiyi Sevilya şəhərində küçədə dayanan maşınları yararsız hala salıb və yandırıblar. Onları sakitləşdirməyə gələn polisə müqavimət göstərməyə də cəhd ediblər. Nəticədə böyük qalmaqal yaşanıb.

Həmin anların videosunu təqdim edirik:

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90