Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.78 $▼0.75%
  • WTI neft84.06 $▼0.80%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.191 $▲0.92%
  • Qızıl3 768 $▼0.50%
  • Gümüş45.82 $▲0.02%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin64 823 $▼0.08%
  • Ethereum1 816 $▼0.38%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Azərbaycan avarçəkəni Fransada Avropa çempionu olub

image-diana-dimcenko
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Busaat.az-ın məlumatına görə, idmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.

Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb.

O, 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi, irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 – 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.

Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.

Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120264