Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.48 $▼1.04%
  • WTI neft84.99 $▼0.79%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.232 $▲0.59%
  • Qızıl4 099 $▼0.62%
  • Gümüş52.52 $▼1.36%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda591.25 ¢▲0.42%
  • Bitcoin74 283 $▼1.29%
  • Ethereum2 097 $▼1.66%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır

image-4afc0dc2-0773-3873-bcdd-171c8982dda1_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycan benzininin Ermənistan bazarında daha ucuz qiymətə satılacağını müsbət məqam hesab edir.

Busaat.az xəbər verir ki, bu barədə Papoyan sosial şəbəkədə paylaşdığı videomüraciətdə deyib.

“Elə indicə mətbuatda Azərbaycandan premium sinif benzinin 430 drama (1,13 ABŞ dolları – red.) satılacağı barədə məlumat gördüm, halbuki ölkəmizdə belə benzinin qiyməti adətən 500-520 dram (1,32-1,37 ABŞ dolları – red.) təşkil edir. Yəni o, daha aşağı qiymətə satılacaq ki, bu da yaxşı haldır”, – o qeyd edib.

“Əlbəttə, mən bəzi vətəndaşların bu benzini almaq niyyətində olmadıqları barədə paylaşımlarını da gördüm. Əziz vətəndaşlar, siz azadsınız. Bizim məqsədimiz sizin sərbəst şəkildə istədiyiniz benzini seçib ala bilməyinizi təmin etməkdir”, – Papoyan qeyd edib.

O, dövlətin vəzifəsinin bazarı geniş çeşid və fasiləsiz təchizatla təmin etmək olduğunu vurğulayıb.

“Dövlətin vəzifəsi müxtəlifliyi, sabit təchizat marşrutlarını, benzin və digər malların əlçatanlığını, yüksək keyfiyyəti və həcmlərlə bağlı saxtakarlığın olmamasını təmin etməkdir. Qalan hər şey artıq sizin öz seçiminizdir”, – nazir əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178351