Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 702 $▼0.04%
  • Ethereum2 233 $▼0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

Azərbaycan bu ölkələrdən gələ biləcək təxribatlara hazır olmalıdır - ŞƏRH

image-iran-fransa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Ermənistan vasitəçiliyi ilə hər zaman Fransa və İranın təxribatlarına hazır olmalıdır”.

Bunu son dövrlər Cənubi Qafqazda baş verən proseslərə səssiz qalmasının pərdə-arxasından danışan politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın son dövrlər Azərbaycanın daxili işlərinə qarışmaq istəməsi ilə bağlı kobud müdaxilələrini müşahidə etmirik:

image-1664443680anar

“İran molla rejiminin Cənubi Qafqaz siyasəti bizə məlumdur. İranın hazırki mövqeyi tufanqabağı sakitlikdir. İranın hazırki susqunluğu səhvlərini başa düşüb düzəltməsindən irəli gəlmir. İran mətbuatında Azərbaycana xəyanət edən Hüseyniyyun təşkilatının üzvlərinin saxlanılması ilə bağlı xəbər informasiya müharibəsinin detallarından biridir. Həmin şəxslərin Azərbaycana təhvil verilməsi ehtimalı sıfıra bərabərdir. İran əgər Azərbaycanla olan münasibətlərdə müsbət addımlar atmaq istəyirsə, edəcəyi ilk şey həmin şəxsləri Azərbaycan xüsusi-xidmət orqanlarına təhvil verməkdir. Bu isə indiki şərtlər daxilində real görünmür. İran əlaltıları vasitəsilə Azərabycanla münasibətləri daha da gərginləşdirməyə, təsir imkanlarını daha da artırmağa, Ermənistan isə dəstək göstərməklə regiona sülhün gəlməsinə mane olmağa çalışır”.

“İranda Zəngəzur dəhlizi ilə bağlı rəsmi şəxslərin hədə dolu bəyanatları vardı. Bu susqunluq yeni təxribat planının anonsu kimi qiymətlənidirilə bilər. Azərbaycan Ermənistan vasitəçiliyi ilə hər zaman Fransa və İranın təxribatlarına hazır olmalıdır”, – politoloq əlavə edib.

Ələsgər

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108661