Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.19 $▼0.96%
  • WTI neft82.70 $▼0.35%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.656 $▲13.15%
  • Qızıl3 528 $▼0.13%
  • Gümüş40.88 $▼1.17%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda591.75 ¢▼0.08%
  • Bitcoin58 982 $▼4.73%
  • Ethereum1 626 $▼7.40%
  • S&P 5007 015▼2.26%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035

Azərbaycan diaspor gənclərinin şəhid ailələri ilə görüşü keçirilib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Diasporla İş Üzrə Dövlət Komitəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə diaspor gənclərinin şəhid ailələri ilə virtual görüşü keçirilib.

Busaat.az  xəbər verir ki, tədbir Versal Universitetinin elmi işçisi, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Günel Səfərovanın moderatorluğu ilə baş tutub.

Tədbirdə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin baş məsləhətçisi İlqar Məcidli, Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, polkovnik İlqar Mirzəyevin övladları Elvin Mirzəyev və Gülnarə Mirzəyeva, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) üzvü, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva və Ukrayna Azərbaycanlılarının Gənclər Radasının sədr müavini Möminə Səttarova çıxış ediblər.

Natiqlər bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir və onları tanımaq, xatirələrini yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Qeyd edilib ki, vətənpərvərlik mövzusu gənclərimiz üçün hər zaman gündəmdə olan və strateji əhəmiyyətli mövzudur.

“Vətənimiz uğrunda şəhid olan, torpaqlarımızın müdafiəsi üçün canlarını fəda edən qəhrəman oğulların yaxın ailə üzvlərinin tədbirdə iştirak etmələri bizim üçün qürurvericidir. Dövlətimizin və xalqımızın təhlükəsizliyi naminə xidmət göstərən oğullarımızla fəxr edirik”, – deyə natiqlər vurğulayıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17977